Millət vəkili Fazil Mustafa deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsinə şərait yaradacaq səlahiyyətlərin artırılmasını təklif edib.
Gununsesi.org-un xəbərinə görə, millət vəkili parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki, bu gün deputatların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin nəzərdə tutulmasından daha çox onların hüquqlarının, səlahiyyətlərinin artırılmasına ehtiyac var:
“Yaxşı olardı ki, heç olmasa, qarşıdan gələn sessiyalarda bu məsələyə daha ciddi diqqət yetiriləydi. Ölkədə, məsələn, məhkəmə-hüquq islahatları ilə bağlı işlər görülür. Amma millət vəkillərinin bunlardan xəbəri olmur, bu yöndə qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində görülən, nəzərdə tutulan işlərdən xəbərsiz qalırlar.
Spiker Oqtay Əsədov isə deputata cavabında bunları deyib:
“Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsini açıb baxsanız, görəcəksiniz ki, bu məsələ orada da var. Ona görə nizam-intizam məsələsi çox vacibdir”.
Elmar
Gununsesi.org