Fazil Mustafa evində belə qarşılandı - Fotolar

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

Gununsesi.info-nun məlumatına görə, deputatın müavini Əjdər Əliyev Fazil Mustafanın evindən fotolar paylaşıb.

Görüntülərdə deputanın ailə üzvlərinin Fazil Mustafanı qarşılaması da əks olunub.

Həmin fotoları təqdim edirik:

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Gununsesi.info