
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafaya qarşı baş verən sui-qəsd cinayətindən sonra ölkədə dindarların kütləvi həbsi aparılıb.
İddialara görə, bu olaydan sonrakı həbs dalğasında 500-dən artıq inanclı insan həbs edilib. Onlara qarşı narkotik ittihamı verildiyi bildirilir.
Gununsesi.info-ya özəl müsahibəsində Fazil Mustafa sui-qəsd cinayəti ilə bağlı istintaqın gedişindən və dindarların həbsinə dair məsələlərdən danışıb.
Fazil Mustafa deyib ki, artıq istintaq prosesi yekunlaşmaq üzrədir: “Çünki, bu cinayətdə əli olan hər kəs həbs olunub”.
Deputat həbs edilənlərin sayının çox olması barədə iddiaları isə təkzib edib.
Ətraflı aşağıdakı videomaterialda: