Fazil Mustafa medala görə narazılıq etdi

  • By admin
  • 09 Dekabr 2022 13:22

“Azərbaycanda medalların verilməsinə nəzarət etmək lazımdır. Medallar həm də haqqı olan şəxslərə verilməlidir. Biz ayrı-ayrı qurumlarla bağlı müəyyən addımlar atırıq. Lakin medalların verilməsi məsələsi özü ilə bərabər bəzi problemləri də gətirdi”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, sosial şəbəkələrdən görürük ki, 44 günlük müharibə zamanı yazlərlə insana layiq olmadığı halda orden və medallar verilib:

“Bundan əlavə Mərkəzi Seçki Komissiyası müstəqilliyimizlə yaşıddır və onunla bağlı orden və medalların təsis olunması yönünüdə zəruri addımların atılması vacibdir. Məsələn, MSK-nın katibi Mikayıl Rəhimovun bu yaxınlarda 60 yaşı tamam oldu. Lakin dövlətçiliyimizə xidmətlərinə görə medala layiq olduğu halda, o, təltif edilmədi.

Digər tərəfdən, 87 yaşlı yazar Əlisa Nicatın da problemi vətəndaşlar tərəfindən həll olundu. Onsuz da yazıçılarımızın sayı 5-6 nəfərdir, çox deyil. Onların problemi hökumət tərəfindən həll edilə bilərdi. Şair Məmməd İsmayılın 83 yaşı oldu, ona da heç bir ad verilmədi. Layiq olmayanlara o qədər orden və medallar verilib ki.

Layiq olanları niyə onların gözünə qatmırıq? Qurumların rəhbərliyində olan şəxslər kimi istəyirlərsə, onun adını yazıb verirlər, ordenə layiq olanlar qalır kənarda. Bu məsələyə nəzarətin gücləndirilməsinin vacib olduğunu hesab edirəm”.

Gununsesi.info