Fazil Mustafa :“Türk olmaqdan mutlu olanlar” “erməni mutluların” səsini batırsın”

  • By admin
  • 24 İyul 2016 17:52

fazil-mustafa

“Türk telekanallarında yer alan “Nə mutlu erməniyəm!” sloqanı heç şübhəsiz ki, Atatürkün “Nə mutlu Türküm deyənə!” məşhur kəlamına inad olaraq bildrilmişdir. Bu şüar Ermənistanda səsləndirilmiş və televiziyalarda yayılmış olsaydı, kimsəni təəccübləndirməzdi. Ancaq Türkiyənin hakimiyyətə yaxın kanalında reklam olunması haqlı olaraq Azərbaycan insanında xeyli üzüntü yaratmışdır”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Fazil Mustafa öz “Facebook” səhifəsindəki statusunda yazıb.

“Məncə buna etiraz əvəzinə, qarşılıq şüar ürətmək lazımdır. Məsələn, “Erməni olmaq Xocalıda körpə üşaqları, hamilə qadınları qətlə yetirməkdir. Erməni olmaq başqa dövlətin ərazisini işğal etməkdir. Erməni olmaq, işğal etdiyi ərazilərdə məscidləri, mədəniyyət abidələrini dağıtmaqdır, etnik təmizləmə aparmaqdır. O halda sururuq ki, qatil olmaqdan, işğalçı olmaqdan, vandal olmaqdan mutlusunuzmu?”- deyə, qeyd edən millət vəkilininin yazdığına görə,  bizim kanallar da bunu yayınlasın. “Bir də buraxın Türkiyədə “Türk olmaqdan mutlu olanlar”ın özləri bu erməni mutluların səsini batırsın! Görək, axı, bu ölkədə Türk olmaqdan mutlu olanlar hansı dəlmə-deşikdə gizləniblər! Eyni ifadəni bir Türk gedib İravanda hayqıra bilsə, bəlkə o zaman erməniyə bu mutluluq şansını vermək olardı”-deyə, o, daha sonra qeyd edib.

Gununsesi.info