Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cinayətini törədən dəstə üzvlərinin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində başlanan prosesdə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov mühakimə olunur.
Fazil Mustafanın özünün ilk prosesə qatılmaması diqqəti çəkib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər deputatın özünün prosesə gəlməsini tələb edib.
Onlar bildirib ki, zərərçəkən qismində tanınan şəxs məhkəmədə iştirak etməlidir.
Hakim isə növbəti proseslərdə Fazil Mustafanın iştirakının təmin olunacağını deyib.
Gununsesi.info-ya açıqlamasında isə Fazil Mustafa bildirib ki, məhkəmədən dəvət gəldiyi təqdirdə prosesə gedəcək: “Görünür, hazırlıq iclası olduğundan mənə deyilməyib. Amma nə zaman məhkəmə dəvət edərsə, mən prosesə qatılacağam. Onların cinayəti istintaqla sübuta yetirilib və əminəm ki, məhkəmə də qanuni hökmünü verəcək”.
Elmar
Gununsesi.info