Millət vəkili Fazil Mustafa son zamanlar sosial şəbəkələrdə hədəfə gəlməsi haqqında danışıb.
Gununsesi.org-un görə, deputat 20-dən çox kitabının, yüzlərlə məqaləsinin çap olduğunu xatırladaraq, cəmiyyətə açıq insanlardan biri olduğunu deyib:
“Bir cümləmi tapa bilməzlər ki, orada bu millətə, dövlətə təhqir olsun. Amma kontekstdən çıxarıb, cənub və qərb şəbəkələrindən bunların menyusuna ötürürlər. Düşüncə olmadığına görə, qaragüruh bu yeməyin harada hazırlandığının fərqinə varmadan onu həzmi-rabedən keçirməyə başlayır. Məsələn, bir cümlə demişəm ki, “karantin dövründə polisə zibil atmaq güllə atmağa bərabərdir”. Qəbul etmirsənsə, de ki, bu fikri qəbul etmirəm. Üstəlik polisin addımını pisləmişəm ki, onlar cəzalandırılmalıdır, amma küylə olmaz. Çünki bizi qoruyan bir təbəqə var, polisdir, onu bu cür küylə sındırmaq olmaz. Bunlar isə öz dövlətlərinə qarşı nifrəti o həddə çatdırıblar ki, Azərbaycan polisinin bir əməliyyatında baş verən qanunsuzluğunu erməni cəlladlarının Xocalıda törətdiyi qətliamlarla bərabərləşdirərək, onlara düşmən kimi yanaşmağı təlqin edirlər”.
Gununsesi.org