
Deputat Fazil Mustafanın parlamentin dünənki iclasındakı çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, həmin müzakirələrdə deputatın Bakının yeni tikililərindəki mənzillərə komunal xidmətlərin dayandırılmasını təklif etməsi və bunun müqabilində həmin insanların bölgələrə qayıdacağı barədə fikir səsləndirdiyi deyilir.
Gununsesi.info bildirir ki, Fazil Mustafa sosial şəbəkə hesabında bu barədə iddiaları rədd edib.
O, həmin iclasda fikirlərinin bundan ibarət olduğunu deyib.
“Büdcə layihəsinin müzakirəsindəki çıxışdan: “Bundan sonra tikiləcək qanunsuz evlərə kommunal xidmətlərin verilməsi qadağan olunur. Bir az öncə polisdə qeydiyyatı olanları da qeydiyyatdan çıxardılar. Tutaq ki, bu qərar adamları rayona qaytarmaq üçündür, müəyyən dərəcədə Bakıda məskunlaşmanı azaltmaq üçün bəlkə də doğru addım sayıla bilər. Bəs onlara rayonda yaşamaq üçün şərait, iş yeri yaradılıbmı? Bəs onda hara qaytarırsınız? Onlar elə işsizlikdən, yoxsulluqdan üz tutablar Bakıya. Ancaq məşğulluq problemini rayonlarda həll edəndən sonra belə yollara əl atmaq düşünülə bilər”.
Şəbnəm
Gununsesi.info