Fazil Mustafanı güllələyən şəxs: “İmam Hüseyni təhqir edirdi”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Fazil Mustafaya qarşı sui-qəsd cinayətinin əsas təşkilatçısı olan Asər Sarıcanovun ifadəsi dinlənilib.

Gununsesi.info-nun xəbərinə görə, Azər Səricanov bildirib ki, Fazil Mustafa dini inancını təhqir etdiyinə görə onu cəzalandırmaq qərarına gəlib.

Hakimin “niyə Fazil Mustafanı sivil yolla başa salmadın, ona qarşı sui-qəsdə əl atdınız” sualına o, isə cavabında bildirib ki, deputat sosial şəbəkələrdəki çıxışlarında milli-mənəvi dəyərləri tapdalayırdı.

Bu səbəbdən hələ bir neçə il əvvəl onu cəzalandırmaq qərarına gəlib. Onun sözlərinə görə, bununla başqalarına da dərs vermək istəyirdi:

 

“Milli-mənəvi dəyərləri tapdalamaq olmaz. Bunu eləyənlər cəzalanmalıdır ki, başqalarına da dərs olsun”.

 

Azər Səricanov bildirib ki, Mirşahin Ağayev də insanları təhqir edir.

 

Fazil Mustafanın konkret hansı fikirlərinin onun hisslərinə toxunduğu barədə suala cavab verən təqsirləndirilən şəxs bildirib ki, o, “Youtube”dakı çıxışlarında İmam Hüseyni təhqir edib:

 

“Deyir ki, “Aşura günü toy eləmək olar”, “Aşura günü ulaşmaq olmaz”. Mən bunları qəbul eləyə bilmərəm. Mənim dinimi təhqir eləyənin əllərini kəsərəm”.

 

 

 

Afət

Gununsesi.info