Tanınmış jurnalist Aida Eyvazlı isə F.Mustafaya etiraz edib, gözətçinin Ağadadaş Ağayevi “zərərsizləşdirəndən” sonra onu o cür şiddətlə döyməsinin yolverilməz olduğunu xatırladıb. F.Mustafa mövqeyini qoruyub və əlinə balta almağın yolverilməzliyini vurğulayaraq, “kaş ki əlində balta olan Əhmədi əzişdirən kimsə tapılaydı” deyib.
Mir Şahin Ağayev də olaya reaksiya verib, “Mühafizəçinin kimisə qanunla yol verilən üsullarla dayandırması bir şeydi, xəstə adamı, özü də bərk ağrıyan xəstəni (hətta yerə yıxandan sonra da) təpikləməsi başqa şey!” sözləri ilə Fazil Mustafaya cavab verib. (Kult.az)