
Sui-qəsd nəticəsində iki güllə yarası alan deputat Fazil Mustafa hazırda Bakıdakı Mərkəzi Kliniki Tibbi Mərkəzə aparılıb.
Deputatın həyatı təhlükəsi yoxdur.
****
Fazil Mustafaya silahlı hücum zamanı iki güllə dəyib. Biri ayağından, digəri isə çiynindən dəyib.
Bunu Gununsesi.info-ya açıqlamasında bir neçə dəqiqə əvvəl sui-qəsdə mıruz qalan deputat Fazil Mustafanın qohumları deyib .
Onlar bildirib ki, yaralı halda Fazil Mustafa özünü evə sala bilib.
Hazırda təcili tibbi yardım onu xəstəxanaya görürmək üçün gəlib.
Şəbnəm
Gununsesi.info