
Professor Qubad İbadoğluya qarşı cinayət işi çərçivəsində həbs edilən Fazil Qasımov hüquqlarını müdafiə edən vəkil Anar Qasımlıdan imtina edib.
Gununsesi.info-nun məlumatına görə, o, bu imtinaya səbəb kimi vəkilin istintaq prosesində onu aldatması, psixoloji təsir etməsini əsas gətirib.
Məlumatda o da bildirilib ki, Fazil Qasımov üzləşdiyi durumla bağlı baş prokuror Kamran Əliyevə də məktub yazıb.
Qeyd edək ki, Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımov, Qubad İbadoğlunun əleyhinə ifadə verib.
Gununsesi.info