Fazil Qasımovun səhhəti pisləşib

  • By admin
  • 20 İyun 2024 14:08

İqtisadçı alim Qubad İbadoğlunun cinayət işi üzrə həbs olunmuş Fazil Qasımov İstintaq Təcridxanasında iyunun 14-də başladığı aclıq aksiyasını altıncı gündür davam etdirir.

“Onun mədəsində kəskin ağrılar baş qaldırıb, halı pisləşib, səsi çox zəif idi”.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Fazil Qasımovla telefon danışığından sonra onun qardağı Nazim Qasımov bildirib.

“Mən dəfələlərlə aclığı dayandırmasını xahiş etdim, lakin o inadından dönmür. Fazil ədalətli istintaq araşdırmasına inamını itirib və sonadək, cinayət işinə xitam verilənədək aclıq etmək niyyətindədir”, o qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

 

Qeyd edək ki, Fazil Qasımovun aclıq etməsinə səbəb həbsini qanunsuz hesab etməsidir.

Bir neçə gün əvvəl Baş Prokurora yazdığı məktubunda Fazil Qasımov etiraf edib ki, vəkili Anar Qasımlının təzyiqi ilə müstəntiqin tətrtib etdiyi qanunsuz ifadələri imzalayıb.

O, öz məktbunda İbadoğlu əleyhinə verdiyi ifadədən imtina etdiyini deyib.

Günay

Gununsesi.info