“FCA Rus” şirkəti 10 mindən çox avtomobili geri çağırıb

  • By admin
  • 22 Dekabr 2017 22:14

“FCA Rus” şirkəti Rusiyada 10 mindən çox “Jeep” avtomobilini geri çağırıb.

Gununsesi.info xəbər verir ki, bu qərar əyləc gücləndiricilərində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin noyabrından 2014-cü ilin sentyabrınadək Rusiyada satılmış “Grand Cherokee” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Gununsesi.info