FED-in qərarlarının Azərbaycana TƏSİRİ

  • By admin
  • 29 İyul 2022 12:15

“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları vacidir, Azərbaycan üçün idxal inflyasiyasının məhdudlaşması baxımından önəm daşıyır”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, bu, bizim iqtisadiyyatımızda valyuta axınına səbəb olmayacaq:

“Əksinə, bu ilin 6 ayında ticarət balansında 12 milyard ABŞ dollarını üstələyən profisit görürük. Hətta biz I rübün rəqəmlərinə nəzər yetirsək görərik ki, Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) əhəmiyyətli profisit var idi. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, onun CƏB-nin profsiti ÜDM-nin 20%-ni üstələyir”.

Gununsesi.info