ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell CBS televiziyasında yayımlanan “60 Dəqiqə” proqramında gündəmlə bağlı dəyərləndirmələr edib.
Gununsesi.info xəbər verir ki, Pauell faiz endirimləri ilə bağlı diqqətli davranacaqlarını vurğulayıb. ABŞ-da bu il keçiriləcək prezident seçkiləri ilə bağlı siyasətin FED-in zamanlamasına nə dərəcədə təsir edəcəyi sualına “Qərarlarımızda siyasəti nəzərə almırıq. Əsla almarıq” cavabını verib.
Son bir ildə inflyasiyanın azaldığını və son 6 ayda kifayət qədər kəskin düşdüyünü ifadə edən ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri müsbət irəliləyiş əldə etdiklərini, lakin “işin hələ tamamlanmadığını” söyləyib.
Pauell ABŞ iqtisadiyyatının güclü olduğunu ifadə edərək, “İnkişaf möhkəm bir templə davam edir.
FED-in 2021-ci ildə inflyasiyanın fərqinə varmaq üçün çox ləng olub-olmaması ilə bağlı suala isə Pauell, “Geriyə baxdıqda, siyasəti daha tez sərtləşdirməyin daha yaxşı olduğunu söyləyə bilərik” deyib.
ABŞ-ın dövlət borcu ilə bağlı suala cavab olaraq Pauell fiskal siyasətlə bağlı şərh verməməyə çalışdıqlarını bildirib, qeyd edib ki, uzunmüddətli perspektivdə ABŞ-ın dayanıqlı olmayan fiskal yolda olduğunu, bu isə borcun iqtisadiyyatdan daha sürətli böyüməsi deməkdir. Fiskal davamlılığı prioritetləşdirmənin vaxtının gəldiyinin geniş şəkildə başa düşüldüyünü düşündüyünü ifadə edən Pauell bunun nə qədər tez baş verərsə, bir o qədər yaxşı olduğunu qeyd edib.
Uzaqdan işləmə modeli səbəbiylə ölkə daxilində ofis binalarının dəyərinin azalması ilə əlaqədar başqa bir daşınmaz əmlakla bağlı bank böhranı ehtimalı ilə bağlı suala Pauell bunun çox ehtimal olduğunu düşünmədiyini söyləyib.
Gununsesi.info