Federal Təhlükəsizlik Xidməti həyəcan təbili çalır - İŞİD MÜXTƏLİF REGİONLARDA TERROR TÖRƏTMƏYƏ HAZIRLAŞIR

  • By admin
  • 11 Aprel 2017 23:46

isid

İŞİD-in Rusiya Federasiyası ərazisində terror aktları törətməyə hazırlaşdığı barədə operativ informasiyalar əldə etmişik.

Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bəyan edib. “Hazırda böyük həcmdə operativ informasiyalar gəlir ki, Yaxın Şərqdə fəaliyyət göstərən İŞİD terror qruplaşmasının başçıları dünyanın müxtəlif regionlarında, eləcə də Rusiya Federasiyası ərazisində terror aktları hazırlayırlar”, deyə Bortnikov bildirib.

Federal Təhlükəsizlik Xidmətinin direktorunun sözlərinə görə, son vaxtlar İŞİD Rusiya, Böyük Britaniya, İsveç və Misirdə rezonans doğuran aktlara imza atıb. Bortnikov terrorçuların ölkə ərazisinə girişinin qarşısını almaq üçün sərhəd nəzarəti üzrə əlavə tədbirlər görməyin lazım gəldiyini vurğulayıb. Sankt-Peterburq metrosundakı terror hücumu barədə danışan Federal Təhlükəsizlik Xidmətinin direktoru qeyd edib ki, hazırda terror qruplaşmalarının qanadlarının 8 üzvündən 6-sı Sankt-Peterburqda, 2-si Moskvada saxlanılıb.

Gununsesi.info