Federasiya 7 görüşdə qalib gələ bilməyən baş məşqçini işdən qovdu

  • By admin
  • 09 Yanvar 2018 13:48
Qələbə qazana bilməyən baş məşqçini qovublar. Hadisə Qazaxıstanda baş verib. Ölkənin yığmasının baş məşqçisi Aleksandr Borodyuk istefaya göndərilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasında 2017-ci ilin hesabatı dinlənilib. Yığmanın ötən ildəki çıxışı uğursuz qiymətləndirilib və rusiyalı mütəxəssislə yollar ayrılıb.
Borodyuk özü də fəaliyyətinin uğursuz olduğunu etiraf edib.
O, Qazaxıstan yığmasına 2017-ci ilin fevralından rəhbərlik edirdi. Onunla 3 illik müqavilə bağlanmışdı.
Qazaxıstan yığması Borodyukun rəhbərliyi altında keçirdiyi 7 oyundan 6-sında məğlub olub, 1 qarşılaşmada isə heç-heçə edib.
Gununsesi.info