Feministlərin “8 MARŞ” piketi baş tutmadı

  • By admin
  • 08 Mart 2024 16:21

Bir qrup feminist fəalın Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ənənəvi “8 Marş” piketi ləğv olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə feminist fəalların martın 8-i, saat 15:00-da Bakının Nizami küçəsində ənənəvi “8 Marş” piketi keçirəcəyi bildirilirdi.

Gununsesi.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu piketi məqsədəuyğun hesab etməyini bildirmişdi. Feminist fəallar isə buna baxmayaraq piketi keçirəcəkləri barədə qərar qəbul etdiklərini açıqlamışdılar. Lakin hazırda Nizami küçəsində tam sakitlik müşahidə olunur. Feministlərin hansı səbəbdən “8 Marş” piketi ləğv olunduğu isə məlum deyil.\musavat.com

 

Gununsesi.info