Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb.
Gununsesi.org-un bölgə müxbirinin verdiyi məlumata görə, Qaradağlı kəndi ərazisində yerləşən fermaların birində 2 meyit aşkarlanıb. Ölən şəxslər 53 yaşlı Cəlilov Mequb Telman oğlu və 50 yaşlı Ağamaliyeva Zümrüd Ağasultan qızıdır.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin baş vermə səbəbləri araşdırılır.