Fermaya hücum edən canavarlar 37 qoyunu parçaladı

  • By admin
  • 22 Yanvar 2018 15:52
Qaxda canavarlar fermaya hücum edərək, sahibkara məxsus xeyli sayda xırdabuynuzlu heyvanı parçalayıb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Şotavar kəndində sürü halında olan canavarlar gecə saatlarında Bayram Salavat oğlu Nadirova məxsus qoyunların saxlandığı dama hücum edib. Yırtıcılar 60 baş qoyundan 26-nı öldürüb, 14-nü yaralayıb.
Hadisə ilə bağlı Qax rayon Baytarlıq İdarəsinə xəbər edilib. İdarənin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər, ərazidə dezinfeksiya işləri aparılıb.
Canavarların parçaladığı 14 qoyundan 11-i ölən heyvanlarla birlikdə quyuda basdırılıb.
Gununsesi.info