Fermerlərin nəzərinə!

“Əkin sahəsi barədə Kənd Təsərrüfatı Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər”. 

Gununsesi.org xəbər verir ki, bu sözləri Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, fermer tərəfindən sistemə daxil edilən infomasiya operativ yoxlanacaq və araşdırılacaq. Əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, həmin 5 faiz silinəcək və fermerə qanuni düşən subsidiya veriləcək: “Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz artırılıbsa, sahibkar 1 il müddətinə, 50 faizdən artıq olarsa fermer 2 il subsidiyadan məhrum ediləcək”.

Gununsesi.org