“Ferrari” Formula-1 yarışmasını tərk edəcək

  • By admin
  • 03 Noyabr 2017 22:52

“Ferrari” komandasının rəhbərliyi reqlament dəyişiklikləri ilə əlaqədar Formula 1-i tərk edə biləcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin prezidenti Sercio Markionne məlumat verib

Qeyd olunur ki, Formula 1 yarışının sahibi “Liberty Media” şirkəti 2021-ci ildən başlayaraq çempionatda iştirak edən komandaların saxlama xərclərinin azaldılmasını təklif edib.

Məlumata gröə, noyabrın 7-də komanda nümayəndələri ilə təşkilatçılar arasında danışıqlar başlayacaq.

“Mersedes” və “Reno” komandaları da təklif olunan qaydalardan narazılığını bildirib.

Gununsesi.info