“Ferrari”dən yenilik

  • By admin
  • 06 Aprel 2022 14:47

İtaliya mətbuatının verdiyi xəbərə görə, “Ferrari” İmolaya yeni ön qanadla gələcək.

Gununsesi.info xəbər verir ki, “qırmızılar” ilk iki yarışda ikili podiuma sevinsələr də, boliddə az da olsa, dalğalanma problemi var. Buna görə də “Red Bull”a nisbətdə bolidin yüksəkliyini daha çox artırırlar.

Belə olan halda asfaltayatma qüvvəsi də azalır. Buna görə də İtaliya komandası yeni altlıq üzərində işləyir. Yeni altlıq işləsə, dalğalanma problemi də azalacaq və bolidin aerodinamik gücü artacaq. Ancaq bu yeniliyin İmolaya gətiriləcəyi gözlənilir.

Gununsesi.info