FES-in dekabrda faizləri artırması ehtimalı 78%-ə yüksəlib

  • By admin
  • 03 Noyabr 2016 19:45

fed

 

ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 2-də keçirdiyi iclasdan sonra ictimaiyyətə açıqlamaları dekabrda qurumun növbəti iclasında uçot dərəcələrinin artma ehtimallarını 68%-dən 78%-ə yüksəldib.

“Report” “İnvesting.ru” saytına istinadən bildirir ki, maliyyə bazarlarının gözlədiyi kimi, dünənki iclasda faizləri artırmayaraq 0,25-0,50 diapazonunda saxlayan FES faizlərin artırılması üçün arqumentlərin getdikcə artdığını bildirib. Belə ki, ilin əvvəlindən inflyasiya bir qədər artaraq 2% hədəfinə yaxınlaşıb, yeni iş yerlərinin sayı kifayət qədər artıb.

Xatırladaq ki, dünənki iclasda uçot dərəclərinin artırılmamasını analitiklər noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əsaslandırıblar. Onlara görə, dünənki iclasda hər hansi dəyişiklik siyasi nəticələr doğura bilərdi.

“Report”un analitik qrupu ABŞ prezident seçkilərinin nəticələrinin FES-in uçot dərəcələrin artırması prosesindən daha önəmli olduğunu bildirir. Belə ki, namizədlər kifayət qədər radikal iqtisadi dəyişikliklərin anonsunu veriblər. Lakin bir şey aydındır ki, namizədlərdən ikisi də uçot dərəcələrinin artırılmasının tərəfdarıdır.

 

Gununsesi.info