FES uçot dərəcəsini artıra bilər

  • By admin
  • 16 Oktyabr 2022 10:38

FES (Federal Ehtiyat Sistemi) rəhbəri Ceyms Bullard qurumun noyabr və dekabr aylarında keçiriləcək hər iclaslarında uçot dərəcəsinin artırılacağını güman etdiyini söyləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Onun sözlərinə görə, FES-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız “nisbətən aşağı” stressə səbəb olub.

Qeyd edək ki, sentyabrın 21-də Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75 faiz artırıb.

Gununsesi.info