Festivalımız da kinomuzun günündədir – Məşhur aktyordan KƏSKİN SÖZLƏR

  • By admin
  • 24 Noyabr 2021 14:08

Dünən Nizami Kino Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi yer qalmaqalı ilə yadda qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə aktyor İbrahim Çingiz məlumat verib. O, instaqram səhifəsinin hekayə bölümündə tədbirdən görüntülər paylaşaraq insanların ayaqüstə qalmasından şikayət edib:

“Beynəlxalq festivalda oturmağa yer yox idi, festivalımız da kinomuzun səviyyəsindədir. Ən maraqlısı da odur ki, festivalın iştirakçısı yuxarı mərtəbədə gözləyir ki, birdən işdir ona yer olsa, məcburən ikinci mərtəbədən aşağı düşsün. Yəni festivalın iştirakçısı ayaq üstdə dayanır. Ona görə də kinomuz bu gündə, bu səviyyədədir. Nə vaxtadək festivallar bu vəziyyətdə keçiriləcək, kinomuz da bu gündə olacaq”.

Gununsesi.info