
FETÖ şəbəkəsi 40 il boyunca bu ölkədə çevriliş etmək üçün hazırlıq gördü.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bəzən yanımıza gəlirlər: Mənim oğlumun günahı yoxdur. O, tərtəmizdir. Onu aldatdılar, – deyirlər. Lakin oğlunun etdiyi dələduzluqdan xəbəri yoxdur. Heç kim “Mən FETÖ-çuyam, mənim tanrım Pensilvaniyadadır” – demir. “Bizə şah damarımızdan daha yaxındır” – deyirlər. Elə bir şey ola bilərmi? Bizə Allahdan başqa şah damarımıza yaxın olan güc yoxdur. 40 il buna hazırlaşdılar. Əsas məqsədləri ölkəni diz çökdürmək idi”, – dövlət başçısı bildirib.
Gununsesi.info