FETÖ-çü iş adamından rüşvət alan hakim həbs edildi

  • By admin
  • 20 Aprel 2017 11:20

hakim

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 avqust 2016-cı ildə FETÖ-yə qarşı keçirilən əməliyyatlar nəticəsində “silahlı terror təşkilatına üzv olma” maddəsi ilə həbs olunan iş adamı Fikrət İnan həmin ilin noyabrında azadlığa buraxılmışdı. Onun hakim Hasan Akdemirə verdiyi 50 min TL rüşvət qarşılığında sərbəst buraxıldığı iddia olunur.

Hakimin İnandan ikinci dəfə 50 min dollar rüşvət istəməsi onları ələ verib. Belə ki, iş adamı hakim Hasan Akdemirin tələb etdiyi miqdarda pulu Sibel B. adlı vəkilin Pendikdəki ofisinə qoyub.

Rüşvətin verilməsi ilə polislər hərəkətə keçiblər. Hakim Hasan Akdemir və vəkil Sibel B. həbs olunub.

Gununsesi.info