“FETÖ”-çülər əməllərinin hesabını verəcəklər…” - ƏRDOĞAN

  • By admin
  • 01 İyun 2017 23:50

erdogan

Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan yenidən “FETÖ” və FETÖ-çüləri hədəf alıb, onları sərt ifadələrlə suçlayıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün muhtarlarla növbəti görüşünü keçirən Ərdoğan “FETÖ”-çülərdən və onlarla bağlı aparılan məhkəmə davasından da bəhs edib.

O, bildirib ki, 15 iyulda dövlət çevrilişinə cəhd edən və hazırda məhkəməsi gedən “FETÖ”-çülər özlərinə bəraət qazandırmağa, bu işdən siyrilməyə cəhd edirlər.

Ərdoğanın sözlərinə görə, ancaq onların bu cəhdləri baş tutnayacaq.

“Onlar etdikləri əməllərin hesabını verəcəklər…”-deyə, Ərdoğan sözlərinə əlavə edib.

KAMİL
Gununsesi.info