FETÖ-çülərin yeni xəbərləşmə proqramı üzə çıxdı

  • By admin
  • 04 İyul 2017 12:32

595b4dbec9de3d1d7cb873ec

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Qərb Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində FETÖ-çülərin yeni xəbərləşmə proqramından istifadə etdiyi ortaya çıxıb. Məlum olub ki, terror təşkilatının üzvləri mart ayından etibarən “Cryptnote” adlı proqramdan istifadə edirmişlər.

Prokurorluğun tağşırığı ilə Ankara polisi keçmiş məsləkdaşının evinə gələn 3 nəfəri izləyib. İki aylıq izləmədən sonra həmin şəxslərin keçmiş polisin evində görüşərək iclaslar keçirdiyi üzə çıxıb. Həmçinin, onların “Cryptnote” proqramı vasitəsilə bir-biri ilə əlaqə saxladığı, eyni zamanda, həbs olunmuş təşkilat üzvlərinin ailələri ilə görüşərək onların FETÖ-dən uzaqlaşmamaları üçün təxribat apardıqları məlum olub.

Həmin şəxslər artıq nəzarətə götürülüb.

Gununsesi.info