FETÖ-çülər Ərdoğanın düşməni Sisiyə pənah apardılar

  • By admin
  • 28 İyul 2016 16:12

erdos

 

Fətullah Gülənçilər Misirə toplaşmağa balayıblar və Qahirəni bölgədə özlərinə qərargah olaraq seçiblər.

 Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, FETÖ-çülər prosesləri bundan sonra Qahirədən idarə emtəyə başlayacaq. Fətullah Gülənin Ərəb ölkələrində olan rəhbərləri uğursuz dövlət çevrilişi cəhdindən sonra Misirdə iclas keçirib və Qahirənı təşkilatın bölgədəki mərkəzi kimi elan ediblər. 15 iyul hadisələrindən sonra Fətullah Gülən təşkilatının tanlnmş sımaları Qahirəyə toplaşmağa başlayıb. Onların əksəriyyətinin Misirin indiki hakimiyyətində təmsil olunan yüksəkçinli məmurları ilə yaxşı əlaqələri var. Fətullah Gülənin adamları Misirdə Türkiyədəki çevrilişı dəstəkləyən  verilişlər verir və həmin şəxslər bu proqramlara qatılaraq ölkə əleyhinə fikirlər səsləndirirlər. Hətta, yaxın gələcəkdə Fətullah Gülənin də Qahirəyə gələcəyi barədə fikirlər səslənidirlər.

Onu da qeyd edək ki, 15 iyul hadisələrindən sonra Misirdə bir qrup deputat uydurma “erməni soyqırımı” məsələsini gündəmə gətirərək, parlamentdə qəbul edilməsini təklif ediblər. Həmçinin, qeyd edək ki,  FETÖ-çülər 1990-cı illərdən Misirdə yerləşməyə başlayıblar.

egypt-for-all-general-sisi

Gununsesi.info