FETÖ ilə əlaqəsi olan daha bir mayor nəzərə götürüldü

  • By admin
  • 14 Noyabr 2016 13:30

feto

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yalova Dövlət Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində hərbi dəniz mayoru Sezgin Sezerer nəzarətə götürülüb.

Bir müddət əvvəl Yalovaya təyinatı verilən Sezererin ordan uzaqlaşdırılması ilə yanaşı, onun Tuzla Dəniz Hərbi Məktəbi lojmanlarında yerləşən evində axtarış əməliyyatları həyata keçirilib. Evdə heç kim olmadığından çilingərin köməyi ilə içəri daxil olan polis bir qədər güllə aşkarlayıb. Evi tərk edərək ətrafda gözləyən polis heyəti ikinci əməliyyatda mayoru tutaraq nəzarətə götürüblər. Daha sonra Sezerer Yalova Polis İdarəsinə göndərilib.

Nigar Cəfərli

Gununsesi.info