FETÖ ilə bağlı 53 əsgər nəzarətə götürülüb

  • By admin
  • 17 Dekabr 2016 12:57

 

unnamed-15
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin 57 əyalətində həyata keçirilən paralel əməliyyatlar zamanı “ByLock ” istifadəçisi olan 530 əsgər barəsində nəzarət qərarı verilib. Artıq onlardan 53 nəfəri İstanbul Dövlət Baş Prokurorluğu tərəfindən saxlanılıb. Verilən məlumatlara görə, nəzarətə götürülənlər arasında polkovnik rütbəli hərbçilər də var. Əməliyyatlar 2 min polis tərəfindən aparılıb. Onu da qeyd edək ki, “ByLock” FETÖ terror təşkilatı üzvlərinin istifadə etdiyi xəbərləşmə proqramıdır.
Gununsesi.info