
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya Dövlət Baş Prokurorluğu FETO ilə bağlı istintaq işləri aparmaq üçün 8 əyalətdə əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində 54-ü baş leytenant olmaqla 55 pilot nəzarətə götürülüb.
Konyadan 5, Ankaradan 18, İzmirdən 16, İstanbuldan 5, Kayseridən 3, Eskişehirdən 3, Balıkesirdən 4, Adanadan 1 nəfərin nəzarətə götürüldüyü və bu şəxslərdən 7-sinin ordudan kənarlaşdırıldığı bildirilib. Əməliyyat nəticəsində nəzarətə götürülənlər Konyaya gətiriləcək.
Şübhəlilərin ifadəsi alınan zaman bəzi detallar diqqəti cəlb edib. Belə ki, Hava Hərbi Məktəbində heç bir rəsmi qeydiyyatda olmamasına baxmayaraq, “şok manqası” və “fürsət təlimi” adlı proqramlar fəaliyyət göstərir. Bu proqramlar vasitəsilə terror təşkilatı üzvü olan sonuncu kurs tələbələrinə və məzunlara ekstra təlimlər keçilir. Həmin təlimlərdə şərtlərin ağır olması səbəbindən məktəbi tərk edənlərin də olduğu bildirilib. Həmçinin, iddia olunur ki, terror təşkilatına üzv olanlar özlərinə tabe olmayan tələbələri uçuş təlimlərinə buraxmır, tabe olanların isə pilot olmasına lazımi şərait yaradır.
Həmçinin, əməliyyat nəticəsində təşkilat üzvlərinin subay pilotların maaşından yardım adı altında pul tutulduğu məlum olub.
Nigar Cəfərli
Gununsesi.info