FETÖ-nün əsas fiqurlarından biri 15 il müddətinə azadlıqdan məhrum edilib

  • By admin
  • 17 Sentyabr 2019 19:23

Türkiyədə Hakimlər və Prokurorların Ali Şurasının (HSYK) sabiq baş katibi Mehmet Kayanın məhkəməsi keçirilib.

Gununsesi.org-un verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə M. Kaya 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Kaya 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilib. O, 2018-ci ilin fevral ayında saxlanılıb. M. Kaya FETÖ terror təşkilatının əsas fiqurlarından biri hesab olunur.

 

 

Gununsesi.org