FETÖ-nün Azərbaycan üzrə nümayəndəsi saxlanılaraq Türkiyəyə aparılıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilində iştirak edən Mehmet Cintosunu saxlayıb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, Cintosun xarici ölkədə əməliyyat nəticəsində saxlanılaraq Türkiyəyə aparılıb.

Onun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan üzrə nümayəndəsi olaraq fəaliyyət göstərdiyi bildirilir.

Qeyd olunur ki, Cintosun 2014-cü ildə Türkiyəyə geri dönüb və 15 iyulda çevrilişə cəhddən sonra Türkiyədən qaçıb. O, bunun ardınca fəaliyyətini başqa ölkədə davam etdirib. Burada söhbətin məhz hansı ölkədən getdiyi isə açıqlanmayıb.

 

Gununsesi.info