
Tacikistanda FETÖ şəbəkəsinə aid “Dialoq Platforması” adlı qurumun fəaliyyəti dayandırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə sözügedən ölkənin “Ozodi” radiosu məlumat yayıb.
Qurumun işçiləri paytaxt Düşənbənin Rudaki küçəsində kirayələdikləri binanı artıq tərk ediblər.
Qeyd edək ki, “Dialoq Platforması”nın dövlətin qərarı ilə bağlanıldığı bildirilsə də, FETÖ-çular buna səbəb kimi maddi sıxıntıları əsas gətiriblər.
Gununsesi.info