

Türkiyəli iş adamı Hüseyn Böyükfıratın səbəbsiz olaraq Azərbaycana buraxılmamasına ehtimal vermirəm.
Bunu Gününsesi.info-ya millət vəkili Fazil Mustafa Bakıda “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi olan türkiyəli iş adamı Hüseyn Böyükfıratın bu günlərdən Azərbaycana gələrkən hava limanından Dövlət Sərhəd Xidməti tərəfindən ölkəyə buraxılmaması və geriyə qaytarılmasına mövqeyini açıqlayarkən deyib.
H. Böyükfıratın Azərbaycana buraxılmaması ilə bağlı məlumata malik olmadığını dilə gətirən F. Mustafa deyib ki, bu barədə konkret məlumata malik olmadığımdan, bunun səbəbi barədə ancaq Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi ancaq məlumat verə bilər: “Ancaq onu deyə bilərəm ki, hüquq-mühafizə orqanlarının əlində əsas olmadan Türk iş adamının əsassız olaraq ölkəyə buraxılmamasına inanmıram. Yəqin ki, nələrsə var ki, o, ölkəyə buraxılmayıb. Biz yalnız fikir söyləyə bilərik ki, bu nə qədər doğrudur və ya doğru deyil. Bəlkə elə əsaslar var ki, bizim fikir söyləməyimiz düz və yerində olmayan fikir ola bilər. Odur ki, informasiyanı dəqiqləşdirəndən sonra hansısa fikir söyləmək olar”.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun məsələ ilə maraqlandığına gəldikdə, millət vəkili deyib ki, hesab edirəm məsələ araşdırılıb həllini tapar. “Bu gün Azərbaycan Türkiyə münasibətləri elə səviyyədədir ki, Türk iş adamının Azərbaycana buraxılmaması biznes mühitinə çox mənfi təsir göstərə bilər. O baxımdan vəziyyəti Azəbaycan tərəfi nəzərə alır. Ona görə də, hesab edirəm ki, Hüseyn Böyükfırat səbəbsiz buraxılmamasına ehtimal vermirəm”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza
Gununsesi.info