FETÖ-nün şifrələri iddianamədə

  • By admin
  • 22 Avqust 2016 16:24

fetullah

Uşakda  Türkiyə Baş Prokurorluğunun FETÖ/ PDY-yə qarşı istintaqı daxilində hazırlanan və qəbul edilən iddianamədə, təşkilatın quruluşu, məqsədi, strategiyası, quruluşlanması və fəaliyyətlərinə yer verilib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Uşak əyalətində  Respublika Prokurorluğu tərəfindən FETÖ / PDY-nin maliyyə qaynağının araşdırılması istiqamətində təxminən bir il davam edən istintaq  çərçivəsində  həyata keçirilən  Fətullah Gülənin “bir nömrəli” şübhəli olaraq yer aldığı 13 nəfər məhbus və 111 nəfər şübhəliylə  əlaqədar olaraq,  2min 527 səhifəlik iddianamədə  təməli 1970-ci illərdə qoyulan təşkilatın əsl quruluş məqsədinin Türkiyə Respublikasını ələ keçirmək olduğu vurğulanıb.

Uşak 2. Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən və 6  nəfəri şikayətçi, 60 nəfəri isə zərərçəkmiş olmaq üzrə 220 nəfər şahid ifadəsinə əsaslanan  iddianamədə, FETÖ-nün Ərzurum bölgəsində Pasinlər mahalı Korucuk kənd sakini kimi qeydiyyata alınan  Fətullah Gülən tərəfindən qurulduğu, Ədirnə, Kırklarelinin imam və vaizi vəzifəsini yerinə yetirən Gülənin 1970-ci illərdə İzmirdə İslami motivləri istismar edərək, İbrahim Kocabıyık, Latif Ərdoğan, Abdullah Aymaz, Yusuf Pekmezci və Bahattin Karatay kimi şəxslərdən ibarət bir təşkilatın özəyinı yaratdığı müəyyənləşdirilib.

 

Gəncləri hədəf aldı

 

FETÖ-nün rəhbəri  Gülən təşkilatın quruluş mərhələsində daha çox 13-18 yaş qrupundakı şagird və yeniyetmə  gəncləri hədəfə aldığı,  diktofon və video kasetlərində çəkilən , qeyd edilən vəz və danışmaları, söhbət yığıncaqları və xüsusilə yaz düşərgələrində fikirlərini kütləyə  çatdırdığı,simpatiya qrupu ilə öz adı ilə xatırlanan təşkilatı qərargahı qurmağı bacardığı ifadə edilən iddianamədə,”Türkiyə və Türk Coğrafyası başda olmaqla əxlaqlı cəmiyyət yetişdirmə arzusunu ön plana çıxardan bir camaat” görünüşü ortaya qoyan təşkilatın əsl məqsədinin Türkiyədə dövlətin bütün konstitusiya təşkilatlarını,təhlükəsizlik vahidlərini, mülki və məhkəmə quruluşunu ələ keçirmək, eyni zamanda, beynəlxalq səviyyədə böyük, təsirli siyasi və iqtisadi güc halına gəlmək olduğu qeyd edilib.

İddianamədə xüsusilə  təşkilat lideri Gülənin quruluşa “xidmət hərəkatı” adını verərək, xidmət sözünün müsbət mənasından istifadə etmədiyi, öz mənsubları ilə üçüncü şəxslər tərəfindən təşkilat üzvlərinin “xidmət əri” olaraq dəyərləndirilmələrini də mümkün qədər  terminologiyaya uyğun  seçdiyi bildirilib.

 

Dövlətin təşkilatlarına sızaraq  təşkilatlanıb

 

FETÖ-nün strategiyasını uzun illər yaydığı və təşkilatlanmasını  bu istiqamətdə meydana gətirdiyinin yazıldığı iddianamədə, Gülənin dövlətə qarşı müharibə açaraq,  hədəflərə çatmağın bezdirici olacağı düşüncəsiylə, mövcud sistemi yıxmaq yerinə, dövlət modelinə uyğun bir təşkilatlanma ilə dövlətə alternativ bir sistem qurmağı hədəflədiyi və bunu bacardığı bildirilib. Təşkilat rəhbərinin müəllifi olduğu kitablarda istifadə etdiyi ifadələrin təşkilatın  təşkilatlanmasına  və gizlilik əsaslarına nümunə olaraq göstərilməsinin yer ayırdığı  iddianamədə, belə deyilib: “Ayıq olun, ehtiyatla can damarlarının içində dolanın, bütün güc mərkəzlərinə çatanadək  heç kimsə varlığınızı fərq etmədən sistemin ana damarlarında irəliləyin.Türkiyədəki güc və qüvvəti cəbhənizə çəkəcəyiniz anadək hər addım tez sayılır, ədliyyə, mülküyyət və ya başqa həyati  müəssisəsələrdə dostlarımızın mövcudluğu fərdi şəkildə ələ alınaraq dəyərləndirilməlidir. Yəni, bunlar gələcək naminə  bizim o müəssisələrdə  qarantımızdır. Bir ölçüdə onlar bizim varlığımızın təminatıdır, Zaman isə hələ uyğun deyil.Bütün dünyanı kürəyinə alıb daşıya biləcəyimiz zamanadək tamamlanıb və şərtlərin uyğun olacağı vaxtadək gözləməlidir, xüsusilə, xəbə alma barəsində hər zaman düşmən cəbhənin önündə gedənlər  daha çox olmalıdır “. İctimaiyyətdə təşkilat üçün daha çox “Paralel Dövlət Qurulması” və “F Tipi Təşkilat” anlayışlarının istifadə edilməsinin əsas səbəbinin bu təşkilatlanma quruluşunun bir müddət əvvəl deşifrə olmasından qaynaqlandığıni bildirilən  iddianamədə, təşkilatın bütün dövlət orqanlarında, yerli rəhbərliklərin və vətəndaş sektorunda təşkilatlanmağı bacardığı, dövlət rəhbərliyini nəzarət altına ala bilmək üçün qısa müddətdə  bütün kadrlara öz adamlarının gətirdiyi bu kadrlara işğalçıların  özünə tabe olmasını hədəflədiyi axtarılıb..

 

Tanınan  təşkilatlardan  daha möhkəm bir iyerarxiyaya sahiblik

 

Gülən liderliyindəki təşkilatın  məlum qeyri-qanuni təşkilatlardan daha çox möhkəm bir iyerarxik quruluşlu əhəmiyyətə malik olduğunun diqqət çəkdiyi iddianamədə, Gülənə birbaşa bağlı “Təyin Heyəti, Müşavirə heyəti, Mollalar Qrupu və Məclis” olaraq adlandırılan  şəxslərin  iştirak etdiyi təşkilatın, bu şəxslər tərəfindən sövq və idarə edildiyi, məclisdə alınan qərarlar, məclis üzvü olan təşkilat üzvlərinin zəncirvarı yolla ən aşağı səviyyəyədək  çatdırıldığı bilidirilib.

Məclis qərarı təlimatları iyerarxiya daxilində  iştirak edən, “dünya imamı, coğrafi bölgə imamı, ölkə imamı, bölgə imamı, əyalət imamı, mahal imamı, səmt imamı, məhəllə imamı, ev imamı, şərr rəhbərləri, bələdçilər, şagird və camaat mənsubları”na yuxarıdan aşağıya doğru  hərəkət edən bütün təşkilat üzvlərinə çatdırıldığı və təşkilat üzvlərinə şərtlərin yerinə yetirildiyi, təşkilatın maliyyə qaynaqlarının hansı  şəkildə istifadə ediləcəyi isə sözdə “Qəyyumlar heyəti” tərəfindən təyin olunmasıyla bağlı məlumatlara  yer verilən iddianamədə, təşkilatın qurulduğu ilk gündən bu günədək “dövlət içində təşkilatlanma” məqsədi ilə hərəkət edildiyi, bu təşkilatlanma anlayışının camaatın üzvlərinin dövlətin işində  atdığı addımlarda iştirak etməsinin  qarşısında durduğu vurğulanıb.İddianamədə FETÖ-nün yalnız dini inancını yaşamağa çalışan bir camaat deyil, beynəlxalq sahədə  meydan sulayan, son dərəcə təhlükəli əlaqələriylə, iqtisadi qaynaqları və təhsil təşkilatlarıyla, Türkiyənin üz-üzə olduğu ən hiyləgər, ən təhlükəli və ən funksional təhdid mərkəzi olduğu vurğulanıb.

 

İdarəçilər uşaq yaşda seçilir

 

İddianamədə FETO rəhbərlərinin sistemli və proqramlı şəkildə uşaq yaşlarından seçilərək gələcəyə doğru hədəflərə görə yetiştirildikləri və daha sonra əhəmiyyətli nöqtələrə yerləşdirildikləriylə yer verilərkən, təşkilatın fəaliyyətinin ağırlıqlı olaraq leqal görünüşlü təşkilat və təşkilatlar vasitəsilə icra etdiyi, dərsanə, xüsusi kollec, yurd və şagird evləri ilə gəncliyə istiqamətli təhsil fəaliyyətlərinin həyata keçirildiyi, ölkə içində və yurd  xaricində təhsil müəssisələri vasitəsilə, müxtəlif qanadlarda  milli və beynəlxalq uğurlar əldə etməkə   təşkilatın sürətli təbliğ edildiyi, təhsil təşkilatlarına xalqın rəğbətini qazanmasını təmin edərək  rəğbət  göstərən kütlənin genişləndirildiyi də qeyd edilib.

 

Əlaqə kanallarını təsirli istifadə  ediblər

 

FETÖ-nün televiziya, radio, qəzet, jurnal kimi ünsiyyət sahəsindəki fəaliyyətlərə də önəm verərək maliyyə qaynaqları vasitəsiylə  təzyiq göstərərək,  mətbuat-nəşriyyat sahəsində əldə edilən gəlirlər, məktəb, yurd və pansiyonlardan istifadə edən şagirdlərdən alınan pullar, toplanan qurban dəriləri və qrupa maraq duyan zəngin iş adamlarının dəstəkləri ilə təşkilata üzv olan kəslərdən “himmət” adı atında alınan pullarla maliyyə qaynaqlarının yaradıldığı axtarılan iddianamədə, ictimai təşkilatlarının həssas nöqtələrində vəzifə alan təşkilat mənsubu olan şəxslərin  kod adı istifadə, həmçinin təşkilata itaət və bağlılıq vurğusu edilən  mətn istiqamətində müqəddəs dəyərlər üzərinə and içdirərək, təşkilat liderinə şərtsiz sədaqətin təmin  edildiyi bildirilib. İddianamədə təşkilatın əlindəki iqtisadi gücün yanında dövlətin həssas və təsirli təşkilatları içərisindəki heyətləri sayəsində təmin etdiyi üstünlüklərdən faydalanaraq, siyasi əməliyyatlara cəhd, ən əhəmiyyətli hədəfinin qanuni və ya qeyri-qanuni yolla  dinləmə, izləmə, hesabatlarla əldə etdiyi məlumatları təhdid-şantaj vasitəsi kimi  istifadə və Türkiyədə dövlətin bütün konstitusion qurumlarını ələ keçirmək niyyəti olduğu ifadə edilib.

 

Həqiqətə uyğun olmayan dəlillərlə məhkəmə istintaqları təşkil ediblər

 

FETÖ-nün fəaliyyət sahələrinin, məsuliyyətlərinin əvvəldən təsbit edildiyi, işçi və maliyyə qaynaqlarının təmin edilməsiylə  üzvlərinin təhsilinin hansı şəkildə həyata keçiriləcəyi  kimi xüsusların açıqca ortaya qoyulduğu, ünsiyyətdə  gizliliyə riayət edilərək, qasidlər vasitəsi ilə təmin edildiyi, özünə xas cəza və mükafat sistemi olan professional bir təşkilatlanma olduğu  haqda yazılan iddianamədə , təşkilatlanmanın  qollu qüvvələri və məhkəmə içərisində iştirak edən nümayəndələri tərəfindən hazırlanmış istintaqlar “saxta bildiriş məktubları, qeyri-qanuni dinləmələr, həqiqətə zidd dəlillər” üzərinə inşa edildiyi, bu sayədə verilən mahkumluluqlar  cəmiyyət nəzdində başda mühakimə olmaq üzrə ictimai təşkilatlarına duyulan inamın yox edildiyi, özlərindən olmayanlara qarşı həyata keçirilən təzyiq, qorxutma, zorakılıq, həzm etmə və təhdid fəaliyyətlərinin qollu qüvvələri ictimai təşkilatları və mühakimədə vəzifə alan tərəfdarlarının köməyiylə reallaşdırıldığı yer alıb. Uşakda  Respublika Prokurorluğunun FETÖ/ PDY-nin maliyyə ayağına istiqamətli 2015-ci ilin sentyabrında başlatdığı istintaq daxilində, Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsininəməkdaşları tərəfindən  83 nəfər nəzarətə almış, FETOtəşkilatlanmasında  “bürokratiya imamının köməkçisi” olduğu iddia edilən iş adamı Hazim Sesli ilə Mütəşəkkil Sənaye bölməsinin sədri  Əli İldırımın da aralarında olduğu 13 nəfər həbs olunmuşdu. Əməliyyat çərçivəsində 20 nəfər haqqında  həbs qərarı çıxarılmışdı.

 Gülnaz Qənbərli

Gununsesi.info