FETÖ-nün Türk respublikalarındakı gücü nədədir?

  • By admin
  • 16 Sentyabr 2016 13:41

feto

“Fətullahçı Terror Təşkilatı (FETÖ) yalnız Türkiyədə deyil, dünyanın bir çox ölkəsində çevriliş etmək gücünə qadirdir!”

HTML tutorial

Gununsesi.info “YeniŞafak” qəzetinə istinadən xəbər verir ki, bu haqda “Ülke TV”-nin ümumi yayım şöbəsinin müdiri Hasan Öztürk açıqlamasında deyib. Hasan Öztürk bu məlumatın yeni xəbər olmadığını vurğulayıb: “Cümlə-aləm bu həqiqəti bilir. Buna baxmayaraq, bir çox ölkələr hələ də FETÖ-nun edə biləcəyi çinayətlər qarşısında səsiz qalırlar. Bəziləri isə Fətullahçı Terror Təşkilatı ilə bağlı çox maraqlı qərarlar verirlər. FETÖ-çülər bu günədək Türkiyəni dünya ölkələri ilə müqayisədə fərqsiz görürdülər və bunu hər zaman da qeyd edirdilər. Onlar üçün Türkiyənin dünya xəritəsində mövcudluğu hər hansı bir ölkənin mövcudluğu qədər idi”-, deyə Hasan Öztürk xatırlatma edib. “Türkiyədə olduğu kimi Afrika ölkələri daxil, Balkan və Orta Asiya Türk respublikalarının dövlət qurumlarının kapliyar damarlarınadək sızan Fətullahçı Terror Təşkilatı üzvüləri o ölkələrə rəhbərlik edən şəxslərə nəzarəti də həyata keçirirlər. FETÖ ilə mübarizədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təkmi buraxılmalıdır?

Onun sözlərinə görə, Azərbaycanda illərdir təşkilatlanan FETÖ-çülər Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasətdən – Azərbaycan -Türkiyə əlaqələrinin inkişafından son dərəcə narahatdırlar: “15 iyul çevriliş cəhdindən dərhal sonra İlham Əliyevin Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu göstərən qərarlar verməsi FETÖ-çüləri hiddətləndirib. Artıq Azərbaycanda da FETÖ-cülər dövlətin ən yuxarı eşalonunda yer alıblar. Hazırda FETÖ-çülər Türkiyə-Azərbaycan əlaqələrini çətinliyə salacaq addımlar atırlar”-, deyən Hasan Öztürk Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yeni məktəbin binasının açılış mərasimində etdiyi çıxışını da xatırladıb: “Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Onların məqsədləri bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillik, azadlıq və xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar”. Hasan Öztürk qeyd edib ki, İlham Əliyev öz çıxışında üstüörtülü olsa da, bildirib ki, Azərbaycana sızan Fətullahçı Terror Təşkilatı üzvləri Azərbaycanı öz maraqları üçün istifadə etmək istəyirlər: “Görünən odur ki, FETÖ ilə mübarizədə İlham Əliyev də eynilə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan kimi yalnız qalıblar. Son günlərdə Azərbaycanı öz maraqları üçün istifadə etmək istəyənlərə qarşı sərt bir qərar verildi. Belə ki, hökumət Azərbaycan iqtisadiyyatına böyük sərmayə qoymuş Türk iş adamı Hüseyn Büyükfıratı ölkəyə buraxmadı”.

FETÖ-çülər hər bir ölkədə eyni taktika ilə çalışırlar Hasan Öztürk bildirib ki, Türkiyəli iş adamı Hüseyn Büyükfırat illərdir Azərbaycanın paytaxtı Bakıda yaşayır: “Azərbaycan iqtisadiyyatına investisiya qoyan H.Büyükfırat yalnız bir iş adamı deyil. O, həm də yaxşı bir sosioloq və xeyriyyəçidir. Bundan da önəmlisi, o, həm Türkiyədə, həm də Azərbaycanda FETÖ-nun əlaltılarını de-şifrə edən, onlarla mübarizə aparan biridir. Məsələn, Türkiyədəki “struktur qurma iddiası”nda müdaxilə kimi. Yenə Azərbaycandakı FETÖ-nun fəaliyyətlərinin izah edildiyi bir çox kitabda qaynaq olaraq Hüseyn Büyükfıratın analitik fikirləri və izahları var. Son olaraq, Aqil Ələsgərin yazdığı “Səssiz İşğal” (Azərbaycanda FETÖ təşkilatlanması) kitabında da Hüseyn Büyükfıratla bağlı çox əhəmiyyətli məlumatlar dərc edilib”.

Hüseyn Büyükfırat keçdiyimiz günlərdə Azərbaycana getmək üçün yola çıxır, lakin ölkəyə buraxılmır!Cox maraqlıdır, deyilmi? Onlarla yeni iş yerləri açasan. Yüzlərlə çalışanın ola. O ölkəyə vergi ödəyəsən. Daha da əhəmiyyətlisi İlham Əliyevin belə “Bəziləri bizə diktə etmək istəyir”-, deyərək şikayət edib FETÖ quruplaşmasını de-şifrə edəsən. Azərbaycan dövləti ilə heç bir problemin olmaya … Və bütün bunların qarşılığında Azərbaycana buraxılmayasan… Axtarıb Hüseyn Büyükfıratla danışdım. Mənə, “Bu işin arxasında FETÖ-çülər dayanır”-, dedi.

Bu hadisə eynilə, 15 İyuldan sonra FETÖ ilə mübarizədə ömrünü keçirən bəzi adların, FETÖ ilə mübarizə çərçivəsində vəzifədən uzaqlaşdırılması lazım olanlar siyahısına daxil edilməyə çalışılması kimi bir şeydir. Necə ki, buradakı səhv tətbiqlərin altında kripto FETÖ-çülər var, eləcə də H. Büyükfıratın Azərbaycana alınmamasında da belə bir şey var.

Anlaşılan FETÖ Türkiyədə yox olacağını anlayınca, digər ölkələrdəki mövqeyini qorumağa, ya da gücləndirməyə səy sərf edirlər. Və onları de-şifrə edənləri, öz üsullarıyla cəzalandırırlar. Halbuki İlhamƏliyev də olub bitənlərin fərqindədir … Baxaq, Azərbaycandakı FETÖ macərası necə nəticələnəcək… Təqibdəyik…

Anar

Gununsesi.info