FETÖ-yə aid məktəb satışa çıxarıldı

  • By admin
  • 07 Dekabr 2016 15:57

unnamed

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Fəthullah Gülənə (FETÖ) aid “Amity School” binası satışa çıxarılıb.

Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “Amity School” binası “Cushman & Wakefield” adlı əmlak şirkəti tərəfindən satışa çıxarılıb.

Adıçəkilən əmlak şirkətinın satış elanında bildirilir ki, 2012-ci ildə inşa olunan məktəb binasının sahəsi təxminən 7 min kvadratmetrdir. Məktəbdə təhsil alan şagirdlərin ümumi sayı isə 256 nəfərdir. Məktəbin ibtidai sinif şagirdləri üçün illik ödənişin məbləği 9 min 900 dollardır.

Qeyd edək ki, hazırda ABŞ-da Fəthullah Gülənə aid 140 məktəb fəaliyyət göstərir. Bu məktəblər ildə dövlət büdcəsinə təxminən 500 milyon dolları məbləğində vəsait köçürür.

Anar

Gununsesi.info