
Türkiyənin “Qalatasaray” Futbol Klubunun İdarə Heyəti sonuncu toplantısında əski futbolçusu Hakan Şükürün adıçəkilən klub üzvlüyüdən xaric edilməsi ilə bağlı məsələni-iddianı müzakirə edib.
Gununsesi.info-nun “hurriyet.com”-a istinadən məlumatına görə, klubun yetkililəri mediaya bildirib ki, İdarə Heyəti FETÖ-nün çevriliş cəhdindən sonra klubun bir üzvünün iddiası əsasında Hakan Şükürü klubun İntizam Komissiyasına vermək qərarı alıb.
Qeyd edək ki, FETÖ-nün lideri Fətullah Gülənə yaxınlığı ilə tanınan Hakan Şükür bir müddət öncə ABŞ-a köçmüşdü.
Gununsesi.info