FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən türkiyəli komediya ustası Atalay Demirci 5 il həbs cəzasına məhkum edilib.
Gununsesiaz.info Türkiyə mediasına istinadən xəbər verir ki, haqqında “terror təşkilatına üzv olmaq” cinayəti üzrə ittiham irəli sürülən aktyor iddia ilə razılaşmayıb.O, FETÖ-çülükdə ittiham olunan Enes Kanter və Hakan Şükürlə yazışsa da, heç bir terror bağlantısının olmadığını bildirib.
Demirci bəraətini tələb etsə də, məhkəmə qərarını dəyişməyib.
Gununsesiaz.info