FETÖ-ya xidmət edən sabiq polis rəisi həbs edildi

  • By admin
  • 14 Noyabr 2022 17:44

Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olduğu üçün barəsində həbs cəzası  olan keçmiş polis rəisi Aydının Yenipazar rayonunda yaxalanıb.

Bu barədə Gununsesi.info Türkiyənin “Cümhuriyət” qəzetinə istinadən bildirir. Məlumata görə, İl Jandarma Komandanlığı qrupları FETÖ-yə üzv olmaqdan 7 il 6 ay həbs cəzası alan keçmiş 3-cü dərəcəli polis rəisi M.K.-nın Yenipazarda olduğunu müəyyən edib.

HTML tutorial

Əməliyyat zamanı M.K yaxalanıb. FETÖ təbliğatını apardığı üçün axtarış rekordu olduğu müəyyən edilən M.K, prosesdən sonra həbsxanaya göndərilib.

Mətləb

Gununsesi.info