“FETÖ”çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq” - Prezident Administrasiyasından sərt açıqlama

  • By admin
  • 20 Avqust 2016 22:35

novruz

Prezident Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədov jurnalistlərə geniş açıqlamasında iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə də toxunub.

Gununsesi.info-nun məlumatına görə, o, açıqlamasında bildirib ki, “FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və “FETÖ”çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq. N.Məmmədov deyib ki, Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir.

“Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”-deyə, PA rəsmisi sözlərinə əlavə edib.

Gununsesi.info