FETÖ/PDY qarşı əməliyyat - 13 NƏFƏR SAXLANILDI

  • By admin
  • 08 Avqust 2017 15:02

54

Türkiyədə Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşuna (FETÖ/PDY) qarşı aparılan istintaq-əməliyyat tədbirləri davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar eyni vaxtda Gümüşhanə də daxil olmaqla, İzmir, Qaziantəp, Konya, Sivas, Aydın, Şırnak, Ərzurum, Kahramanmaraş, Afyonkarahisar və Trabzon şəhərlərində keçirilib.

Əməliyyatlarda ölkənin güc sturukturlarında çalışan polislər və əsgərlər də daxil olmaqla, ümumilikdə 13 nəfər saxlanılıb.

Qeyd edək ki, polis saxlanılanların yaşadığı evdə axtarış aparıb. Axtarış zamanı xeyli sayda rəqəmsal materiala aşkar edilib.

Anar

Gununsesi.info