Braziliya Prezidentinin vaksinlə bağlı dedikləri sosial şəbəkədən silindi -Video

  • By admin
  • 25 Oktyabr 2021 21:40

Feysbuk və İnstaqram Braziliya Prezidenti Jair Bolsanarunun koronavirus və HİV əleyhinə peyvəndlər arasındakı əlaqədən bəhs etdiyi videonu silib.

Gununsesi. info xəbər verir ki, bu barədə “Folha de São Paulo” qəzeti yazıb. Bildirilir ki, sosial şəbəkələrin siyasətinə uyğun olaraq COVİD-19 əleyhinə peyvəndlərin insanları öldürməsi fikirlərinin səsləndiyi keçidlərə icazə verilməyəcək.

Qeyd edək ki, Bolsonaru ötən həftə yayımlanan verilişdə Britaniyadan koronavirusa qarşı peyvəndlərin HİV-i gücləndirməsi ilə əlaqəsi olduğunu sübut edən hesabatlar əldə etdiyini bildirmişdi. Müxtəlif təşkilatlar Bolsonarunun bu iddialarını rədd edərək HİV virusu daşıyıcılarını üçüncü doza vaksin vurdurmağa səsləyiblər.