Feysbuk yeni servisi istifadəyə verdi

  • By admin
  • 10 Dekabr 2017 20:00


Feysbuk videolara səs effekti və mahnı əlavə edən “Sound Collection” adlı servisi istifadəyə verib.

Gununsesi.info xəbər verir ki, bu servis vasitəsilə istifadəçilər öz videolarına səs effektləri əlavə edə biləcəklər.

“Sound Collection” servisinin daxilində minlərlə səs effekti və müxtəlif ifaçıların mahnıları vardır. Burda istifadəçi istədiyi janra uyğun mahnını seçə bilər. Hip-hop, pop, jazz, country və s. Musiqilər janr, oxunma müddəti və digər parametrlər üzrə sıralanıb.

Bundan əlavə olaraq bu servisdən istifadə edərək müəllif hüquqlarının pozulması nəticəsində videonun sosial şəbəkədən silinməsindən qorxmağa ehtiyac yoxdur. Belə ki, Feysbukun bildirdiyinə görə servisdəki olan mahnıların müəllif hüquqları məhz ona aiddir. Yaxın zaman ərzində bu servis bütün istifadəçilər üçün aktiv olacaq. Həmin servisdən olan musiqilərə sahib videoları Feysbuka və ya İnstaqrama yükləmək mümkün olacaq.

Gununsesi.info