Feysbukda təhlükəli virus aşkar edildi

  • By admin
  • 26 Avqust 2017 18:18

facebook_shazam_tagging_audio_recognition_hashslush_cover
Mütəxəssislər tərəfindən Feysbuk Messencerdə aşkar edilmiş təhlükə istifadəçiləri zərərverici proqram təminatını quraşdırmağa məcbur edir.

Gununsesi.info xəbər verir ki, hakerlər istifadəçilərin hesablarına müdaxilə edərək onun dostlarına link göndərirlər. Həmin linkə keçid edən istifadəçi videodan ibarət səhifəyə, daha sonra isə brauzerdən asılı olaraq saxta sayta daxil olur. Vindovs əməliyyat sistemində “Mozilla Firefox” brauzerindən istifadə edən istifadəçilərə “Fləş Pleyer” yenilənməsi bəhanəsi adı altında zərərverici fayl yükləmək təklif edilir.

Quql Xrom brauzerinin istifadəçiləri Yutubu xatırladan sayt görürlər. Onun üzərinə klik etdikdə yüklənilən genişlənmə öz növbəsində təhlükəli proqram təminatını yükləyir.

Həmçinin “Linux” və “MacOS” əməliyyat sistemlərinin istifadəçiləri təhlükə altındadırlar.

Gununsesi.info